تبليغاتX
Azeri Blog

Azeri Blog

Azəri Blog

AzeriBlog"da necə hesab açım

"AzeriBlog" saytında "Qeydiyyat" səhifəsinə daxil olaraq verilən bölmələri doldurub özününzə şəxsi blog hesabı yarada bilərsiniz. Çalışın blog ünvanınızda Azərbaycan milli hərflərindən istifadəyə yol verməyəsiniz. Məsələn blog adında "ə,ö,ü,ı,ğ" kimi hərflərdən istifadə qadağandır. Əks təqdirdə blog yaratmaq imkanın olmayacaq.

"AzeriBlog"da necə blog açım

"AzeriBlog" saytında hər hansı bir hesaba sahib olmaqla yanaşı eyni zamanda bloga da sahib olursunuz. Bunun üçün siz "AzeriBlog" əsas səhifəsində hesabınıza daxil olaraq bir blog yaratmış olursunuz. Blogunuzda yeni yazı yazmaqla bərabər blogunuz işlək vəziyyətdə olduğuna şahid ola bilərsiniz

Blogumda necə yazı yaza bilərəm

Blogda yazı yazmaq üçün ilk öncə hesabınıza daxil olmalısınız. Hesaba daxil olduqdan sonra sonra sol tərəfdəki menyudan "Yazılar" bölməsindəki „Yeni yazı“ səhifəsinə keçərək blogunuzda yeni yazı yazmaq imkanınız var. Çalışın yeni yazı yazarkən başlığı yazmağı unutmayın. Həmçinin „Yazı mətni“ yazılan yerdə blogunuzun əsas səhifəsində görmək istədiyiniz yazını yerləşdirə, davamı üçün isə „Yazı mətni davamı“ düyməsini vuraraq ora qeyd edə bilərsiniz.

Blogumda yeni bölmə necə əlavə edə bilərəm

Blogunuzda yeni bölmə əlavə etmək üçün sol tərəfdəki menyudan „Bölmələr“ bölməsindəki „Yeni bölmə“ səhifəsinə keçərək blogunuza yeni bölmə əlavə edə bilərsiniz.

Blogumda dost saytlara neçə keçid verə bilərəm

Blogunuzda dost saytların keçidlərini yerləşdirmək üçün sol tərəfdəki menyudan „Keçidlər“ bölməsindəki „Keçid əlavə et“ səhifəsinə keçərək istədiyiniz sayt ünvanını yazıb, blogda görsənməsinə imkan yarada bilərsiniz.

Blogumda dost və ya dostlarım necə istifadə edə bilərlər

Blogunuzda hər hansı bir dostunuzun fəaliyyət göstərməyini istəyirsinizsə „İstifadəçilər“ bölməsindəki „Yeni istifadəçi“ səhifəsinə keçərək dostunuzun adını və ya istifadəçi adını daxil etməlisiniz. Daha sonra hansı vəzifənin səlahiyyətlərini istəsəniz ona tətbiq edə bilərsiniz.

Blogdakı yazılarımı necə redaktə edim?

Blogdakı yazıları redaktə etmək üçün „Yazılar“ bölməsindəki eyni adlı səhifəyə daxil olaraq redaktə etmək istədiyiniz yazının önündəki „Düzəlt“ düyməsindən istifadə edərək yazılarınızı redaktə edə və ya „Sil“ düyməsi vasitəsiylə silə bilərsiniz

Ardi 




+ نوشته شده در  2009/9/24ساعت 17:22  توسط elçi  | 

Blog nədir?

Blog, əlavə texniki məlumat olmadan, öz istədiyi şeyləri, öz istədiyi şəkildə yazan istifadəçilərin yaratdığı, gündəliyə bənzər web saytıdır. İngilis dilindəki “web“ və “log” sözlərinin birləşməsindən alınan “weblog“ sözlüyünün zamanla təhrif olunmuş formasıdır.

Blog, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayınlandığı bir saytdır. Demək olar ki, blog saytlarındakı şərhlər həmin blogun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində blog müəllifi ilə oxuyucular arasında rabitə yaranır. Zaman keçdikcə bloglarda yazılardan əlavə video, mp3, kiçik chat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.

Bloglar intenet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox əhəmiyyətlidir. Fikir və düşüncələrlə yanaşı bəzi materialların və məlumatların paylanmasında da rol oynayır.

Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz sevdiklərinə çox vaxt bloglar vasitəsiylə həyata keçirmişlər. Və daha sonradan isə blog sistemi yayılaraq hər bir insana öz sözünü deməyə şərait yaratdı. Blog hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir.

Blogdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni bloglarda hər sahə üzrə yazılar və maraqlı məlumat, materiallara rast gəlmək olar.

Bloglar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir necə müəllif tərəfindən yazılar yazılır.

AzeriBlog nədir?

AzeriBlog yuxarıda yazılan bütün xidmətlərin yanlız Azərbaycan dilində həyata keçirilməsinə zəmin yaradan ilk Azərbaycan internetinin weblog sayt sistemidir. AzeriBlog sizə öz dilimizdə mükəmməl bir fürsət yaradıbdır. Dilimizin inkişafında və təkamülündə bu fürsətdən istifadə edə biləsiniz.

AzeriBlog”un məqsədi nədir?

Məqsədimiz Azərbaycan internetinin inkişafı və elimizin övladlarına xidmət etməkdir. Həmçinin bildiyiniz kimi internet məkanında Azərbaycan saytlarının əksəriyyəti bizə yad olan rus dilindədir. Artıq bu pis ənənəni qıraraq Azərbaycan dilinin inkişafı və dünyada yayılması üçün də bu blogdan istifadə olunacaq. Məlum olduğu kimi dünyada 60 milyona yaxın həmvətənimiz yaşayır. Bu saytın vasitəsiylə dünyanın hər bir yerində olan soydaşlarımızı bir araya gətirəcək və blogda yerləşdirdikləri fikirlərlə, xəbər və məlumatlarla tanış olma imkanı yaradacağıq.

Bariz bir misal olaraq sizə bir statistikanı çatdırmaq istərdik. Bloglar arasında dünyada 3-cü yeri fars dili tutur. Buna səbəb də farsdilli blogların az olmasına baxmayaraq minlərlə istifadəçisi olmasıdır. Və internetdə hər kim axtarış versə asanlıqla farsca olan on minlərlə məqalə, yazı tapmaq imkanına sahibdir. Biz də bu cür layihəni təşkil edərək Azərbaycan dilinin yayılmasına çalışacağıq və farsdilli, rusdilli və digər dillərdə olan bloglardakı soydaşlarımızın öz ana dillərində olan blog saytında yazmasını təşkil decəyik.

“AzeriBlog”un işləmə mexanizmi necədir?

AzeriBlog saytında sizlər öz fikir, düşüncələrinizi, məqalə, yazı və əsərlərinizi, şəkillər və s. məlumatlarınızı çox asanlıqla yerləşdirə bilərsiniz. Bunun üçün hər hansı kodlara, proqram sistemlərinə, dizayn bacarığına sahib olmaq lazım deyildir. Bunun üçün ikicə dəqiqə ayırıb, qeydiyyatdan keçib öz hesabınıza daxil olaraq və materialları məlumat bazasına çox asanlıqla yerləşdirə bilərsiniz.

AzeriBlog”a necə üzv olaq?

AzeriBlog saytına üzv olmaqdan ötrü üzvlük formunu doldurmağınız lazımdır. Bu formu doldurarkən orda qeyd edilənlərə diqqət yetirməyiniz vacibdir. Form doldurulduqdan sonra yazdığınız istifadəçi adınızı və şifrənizi yadınızda saxlayın. Daha sonra mail vasitəsiylə sizin e-mail ünvanınıza gələn aktivlik kodunu təsdiqlədikdən sonra, öz hesabınıza daxil olun. Daxil olduqdan sonra isə istədiyiniz hər cürə əməliyyatı orda görəcək və istifadə edə biləcəksiniz. Daha ətralı məlumat üçün sual-cavab bölməsinə müraciət edin.

AzeriBlog ailəsi olaraq hamınıza uğurlar diləyirik!


+ نوشته شده در  2009/3/16ساعت 23:2  توسط elçi  | 

pulsuz domain adı: istifadəçi.azeriblog.com

Limitsiz host və trafik

Bir hesabla 10 blog yaratmaq imkanı

Bloglarda sayqac sistemi və sorğu yaratmaq imkanı

Yazılarda açar sözlər və geniş axtarış sistemi

Bloglar arasında avto keçid sistemi (Blogrolling)

Blogda limitsiz şəkil host etmək

Aylıq yazı və bölmə arxivləri

Blog üçün RSS xəbər xidməti

Blog üçün gözəl dizayn seçimi və redaktə imkanı

Bağlantı yoxlama lövhəsi

Rahatlıqla blogda yazı və material yerləşdirmə

Qrup blog imkanı (bir neçə istifadəçi üçün bir blog)

Şərh yazma və istifadəçilər üçün məlumat lövhəsi

Blogda keyfiyyətli axtarış sistemi

Və digər maraqlı və sərfəli xidmətlər...


+ نوشته شده در  2009/3/15ساعت 18:15  توسط elçi  |